bazar 1 mart 2026 - 17:24
Ayətullah Xamenei "həyat inanc və mübarizədən ibarətdir" ifadəsinin bariz nümunəsi idi

Hövzə | İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti, eləcə də SEPAH və ordu sıralarından bir sıra komandirlərin həlak olması, o cümlədən çoxsaylı günahsız həmvətənlərin, xüsusilə müdafiəsiz qadın və uşaqların qətlə yetirilməsi xəbəri İslam ümməti, xüsusilə də əziz İran xalqı arasında dərin hüzn və kədərə səbəb olmuşdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cəfər Sübhani yayımladığı bəyanatında Ayətullah üzma Seyid Əli Xameneinin şəhadəti ilə bağlı başsağlığı verib.

Bağışlayan və mehriban Allahın adı ilə 
إِنّا لِلّهِ وَإِنّا إِلَیهِ راجِعُونَ

«إِنَّمَا الحَیاةُ عَقیدَةٌ وَ جِهاد»

Biz Allaha məxsusuq və ona tərəf qayıdacağıq.

“Həyat inanc və mübarizədən ibarətdir."

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) amansızcasına şəhadəti, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ordu sıralarından bir sıra komandirlərin şəhid olması və çoxsaylı günahsız həmvətənlərin, xüsusilə qadın və uşaqların qətlə yetirilməsi xəbəri İslam ümməti, xüsusilə də əziz İran xalqı arasında dərin hüzn və kədər hissi yaratmışdır.

Mən bu ürəkdağlayan və ağrılı hadisəni həzrət İmam Zamana (ə.f), o cümlədən bütün İslam ümmətinə, xüsusilə İslam alimlərinə, eləcə də əziz şəhid ailələrinə dərin hüznlə başsağlığı verir və uca Allahdan onlar üçün rəhmət diləyirəm.

Həzrət Ayətullah Xamenei bu “həyat inanc və mübarizədən ibarətdir" ifadəsinin bariz nümunəsi idi. O, gənclik illərindən başlayaraq ömrünün son anlarınadək qələm, elm və canla-başla İslam dininə və ölkənin yüksək səviyyədə idarə olunması yolunda səylə çalışmış, nəhayət, mübarək Ramazan ayında şəhadət məqamına çataraq cəddi İmam Əliyə (ə) qovuşdu.

Uca Allahdan diləyirik ki, bu günahsız bəndələrinin qanını yerdə qoymasın və onların intiqamını xain, mənfur və vəhşi düşmənlərdən alsın. Böyük İran xalqından isə vəhdət və həmrəyliyini qoruyub saxlamalarını xahiş edirik. Uca Allah özü bu ölkənin və dövlətin qoruyucusudur.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.

Qum, Ayətullah Cəfər Sübhani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha